Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 tüfəng, 6 patron darağı və 162 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə