Culfada yol qəzası olub, 4 nəfər həyatını itirib

Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə