Begemot insanlarla birlikdə qayığı batırıb...

...Fil Dişi Sahilindəki Sasandra çayında faciəli hadisə baş verib: nəhəng begemot qəfildən 14 sərnişini olan kiçik qayığa hücum edib.

SİA-nın məlumatına görə, bu barədə People yazır. Hücumdan sonra heyvanın qayığı aşması turistlər arasında çaxnaşma yaradıb.

Yalnız üç nəfər xilas edilib, qalanları itkin düşüb. Faciənin qurbanları arasında qadınlar, azyaşlı uşaqlar və hətta körpələr də olub.

Bu vəziyyət bir daha ictimaiyyətin diqqətini insanlarla vəhşi heyvanların qarşılıqlı əlaqəsi ilə bağlı təhlükələrə yönəltdi. Begemotlar nadir hallarda aqressiv olsalar da, Afrikanın bəzi bölgələrində belə hadisələr mütəmadi olaraq baş verir.

Yerli alimlərin 2022-ci ildə apardıqları araşdırmaya görə, iri heyvanların hücumu ilə bağlı ölümlə nəticələnən hadisələrin əksəriyyətinin səbəbi begemotlar olur.

Oxşar hadisələr əvvəllər Afrikanın digər ölkələrində də baş verib. Məsələn, 2023-cü ilin may ayında oxşar begemot hücumu Malavidəki Şire çayında çoxlu insanın ölümünə səbəb oldu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə