Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4 min 800 dollar, 600 avro, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H. Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə