Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.
Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.
Faktlarla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə