Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə rayonun Kösgər kənd yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə