Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb. SİA-nın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.
İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.
Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə