Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb

7 Avqust 2025 11:47 (UTC+04:00)

Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb. SİA-nın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.