Xəzər rayonu, Mərdəkan qəsəbəsində ağaclıq ərazidə yanğın baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın ətraf əraziyə yayılmadan qısa müddətdə söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə