Mərdəkanda ağaclıq ərazidə yanğın olub

1 Avqust 2025 14:50 (UTC+04:00)

Xəzər rayonu, Mərdəkan qəsəbəsində ağaclıq ərazidə yanğın baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın ətraf əraziyə yayılmadan qısa müddətdə söndürülüb.