Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük avtomaşının sürücüsü 1991-ci il təvəllüdlü Cavadov Famil Faxrət oğlu piyada 1952-ci il təvəllüdlü Fətəliyev Arif Qədimulla oğlunu avtomaşınla vurub.
Nəticədə piyada xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə