Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib. SİA xəbər verir ki, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.
Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.
Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB