Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib.
Fasiləyə səbəb rayon üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə qəzanın baş verməsidir.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır.
Fevralın 25-i günün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə