Şəkidə 7 otaqlı evdə yanğın olub

Şəkidə 7 otaqlı evdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərinin Oxud kəndində bir-birinə bitişik tikilən ümumi sahəsi 640 m² (hər mərtəbəsi 320 m²) olan ikimərtəbəli 7 otaqlı evin, sahəsi 60 m² olan talvarın, sahəsi 120 m² tövlənin yanar kosntruksiyaları, tövlənin damında və talvarın altında yığılan 14 ton ot bağlaması, 400 kiloqram yem yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tövlənin içərisində olan 3 baş iribuynuzlu və 19 baş xırdabuynuzlu heyvan təhlükəsiz əraziyə çıxarılıb.

Evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə