2024-cü ildə ölkədə 14 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib

2024-cü il ərzində Azərbaycanda 14 min 856 təbii və texnogen mənşəli hadisə baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunan rəqəm 2023-cü illə müqayisədə 305 hadisə və ya 2% azdır:

"Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 83 nəfər həlak olub, 326 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 114 nəfər xilas edilib, 1450 nəfər təxliyə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə