Ötən günlərdə Buzovnada qəzaya düşən şəxs bu gün xəstəxanada həyatını itirib. SİA xəbər verir ki, 27 yanvar tarixində Yasin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Maştağa-Buzovna șossesinin Buzovna qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən Nurlan Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Tofaş markalı avtomobilin sürücüsü N.Ağayev aldığı xəsarətlərdən müalicə olunduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.
Faktla bağlı Xəzər RPi-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi
ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə