40 minlik oğurluq edən şəxslər saxlanılıb

Bakıda doqquz avtomobildən və yeddi evdən 40 minlik oğurluq edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu və paytaxtın digər ərazilərində doqquz avtomobilin şüşəsini sındıraraq oğurluq etməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən yeddi evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə