Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2008-ci il təvəllüdlü Dəniz Mikayıllı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə