Xırdalanda sexdə yanğın olub

Xırdalanda sexdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100kv.m. olan mebel sexi 45kv.m. sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə