Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq - KAMRAN ƏLİYEV

Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər. SİA-nın əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.

O bildirib ki, lakin müasir Baş Prokurorluq onların müdafiəçisi qismindədir:

“Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Biz özəl sektorla bağlı müraciətlərlə bağlı açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Biz açıq aşkar çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə