2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı hüquqi şəxslər və fərdi sahibkarların 5577 müraciətinə baxılıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, bu, kifayət qədər yüksək rəqəmdir:
“Bu müraciətlərdən çoxu baxılması üçün digər qurumlara göndərilib. 453 müraciət İqtisadiyyat Nazirliyinə, 272 müraciət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, 81-i Dövlət Gömrük Komitəsinə, 93-ü isə digər dövlət qurumlarına göndərilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə