Laçında yük avtomobili aşıb

Laçında yük avtomobili aşıb. SİA xəbər verir ki, rayonunun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə Laçın rayonun Pircahan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə