15 yaşlı yeniyetmə boğularaq ölüb

Qəbələdə bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə