Suraxanıda ər-arvad dəm qazından boğularaq ölüb

Suraxanıda ər-arvad dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə