Gəncədə 31 tüfəng polisə təhvil verilib

Gəncə şəhərində qanunsuz saxlanılan silahlar polisə təhvil verilib. SİA-nın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz saxladıqları 31 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlərin davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə