Yol qəzasında xəsarət alan 24 nəfərdən 13-ü xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı 24-ə çatıb. SİA TƏBİB-dən verilən məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yanvarın 28-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə