Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub

Sumqayıt şəhərində xəstəxanada dərmandan zəhərlənərək öldüyü bildirilən şəxsə qoyulan ilkin diaqnoz məlum olub. SİA-ya Sumqayıt şəhər Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ramiz Pirqulu oğlu Piriyev 2023-cü il sentyabrın 28-dən etibarən, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.

O, 2025-ci il yanvarın 13-də "Törədici dəqiqləşdirilməyən pnevmoniya. Eksudativ plevrit" diaqnozu ilə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsinə köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə