Siyəzən sakinində avtomat aşkarlanıb. SİA DİN-ə istinadən xəbər verir ki, Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ş.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB