2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə