Keçən il əvvəlki illərdən bağlı qalan 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi 27 cinayət işinin ibtidai istintaqını aparmaqla baxılması üçün məhkəmələrə göndərib.
Kollegiya iclasında vurğulanıb ki, ötən il daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərilib (31-i üzrə ittiham hökmü çıxarılıb), 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə