Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib - YENİLƏNİB

Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib. SİA-nın məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Xatırladaq ki, o, Vətən Müharibəsi qazisi olub, 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə