Ötən il ərzində 35255 hüquqpozma faktının aşkar edilib. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin birinci müavini gömrük xidməti general-mayoru Bəhruz Quliyev Dövlət Gömrük Komitəsində Kollegiya iclasınd deyib.
O vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.
Eyni zamanda, bildirilib ki, hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə