Tovuz rayon Dəmiryol Vağzalında işçini elektrik cərəyanı vurub. SİA-nın məlumatına görə, vağzalda aparılan işlər zamanı fəhlə ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkən dəmiryolu xəttində elektrik işlərini görən şirkətlərdən birinin əməkdaşıdır. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə