Göyçay rayonunda 5 tələbə qız zəhərlənib. SİA-nın əldə etdiyi məlumata görə, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.
Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə