Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə