Bakıda 21 yaşlı oğlan özünü bıçaqlayıb

Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub. SİA-nın xəbərinə görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə