Bərdədə "Makarov" markalı tapançanı satmaq istəyən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Əli Məmmədov 1500 manat müqabilində "Makarov" markalı tapançanı satmaq istəyərkən saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə