Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb. SİA xəbər verir ki, Binəqədi rayon sakini Samirə Məmmədova onunla eyni ünvanda yaşayan qızı 2010-cu il təvəllüdlü Hüseynova Neyjan İmaməddin qızının yanvarın 13-də, saat 10:00 radələrində yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
Hazırda faktla bağlı Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə