Yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.
Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə