Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Mersedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB