Təyyarə qəzasında həlak olan Balakən sakinləri dəfn olunub - YENİLƏNİB

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakinləri dəfn olunub. SİA-nın məlumatına görə, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçov, Yeni Şərif kənd sakinləri - 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini, 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyev yaşadıqları kəndlərin qəbiristanlıqlarında dəfn olunublar.

Dəfn mərasimlərində həlak olanların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə