Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru ilə görüşüb
Martın 16-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru professor Hikmet Koçak və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor Səməd Seyidov ADU ilə Atatürk Universiteti arasında əlaqələrin qurulmasına hazır olduğunu söyləyib. Universitetin tarixinə nəzər salan rektor S.Seyidov əvvəllər institut kimi fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin keçdiyi yoldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin təhsil sistemində böyük işlər görüldüyünü və 2000-ci ildə ADU-ya universitet statusu verildiyini bu istiqamətdə aparılan böyük islahatlardan biri olduğunu diqqətə çatdırıb.
Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında mövcud olan fakültələr haqqqında da qonağa məlumat verib. O, tədris olunan dillərlə yanaşı, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq, həmçinin Tərcümə fakültəsinin fəaliyyəti haqqında da danışıb. Universitetdə yaradılmış İnformasiya Resurs Kompleksinın fəaliyyətinə toxunan Səməd Seyidov bu strukturun Azərbaycan Respublikası Prezidentinin dəstəyi və maliyyə yardımı sayəsində açıldığını bildirib. Rektor bu nəhəng kompleksin ölkəmizdə yeganə olduğunu, təkcə universitet tələbələri üçün deyil, bütün respublika üçün xidmət göstərdiyini deyib.
Atatürk Universitetnin rektoru professor Hikmet Koçak səmimi qəbula görə təşəkkür edib. Hikmet Koçak Azərbaycanın ümummilil lideri mərhum Heydər Əliyevin Atatürk Universitetinin fəxri doktoru olduğunu bildirib. O, həmçinin Prezident İlham Əliyevə də bu universitetin fəxri doktoru adının verildiyini qeyd edib. Atatürk Universitetinin tarixindən bəhs edən rektor Hikmet Koçak bu ali təhsil oçağının 1954-cü ildə yaradıldığını bildirib. O, universitetdə ilk olaraq Ədəbiyyat fakültəsinin mövcud olduğunu deyib.
Rektor H.Koçak nəzərə çatdırıb ki, Atatürk Universitetində ümumilikdə 18 fakültə fəaliyyət göstərir, universitetin 43.000 tələbəsi və 23.000 distant təhsillə təhsil alan tələbəsi var. Nəzdində 7 institutun fəaliyyət göstərdiyi bu ali məktəbin 2500 əməkdaşı var.
S.Seyidov distant tədris aparatının ölkəmizdə yalnız ADU, NDU və AMEA –da olduğunu dedi. ADU-nun Türkiyənin Hacettepe və Fransanın Strasburq (keçmiş Mark-Blok Universiteti) Universiteti ilə üçlük yaratdığını və bu istiqamətdə Tərcümə fakültəsində tam şəkildə islahatlar aparıldığını söylədi. ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlığından da söz açıb.
Görüşdə həmçinin ADU ilə Atatürk Univürsiteti arasında distant təhsillə bağlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olundu. Müəllimlərin distant tədrisə cəlb edilməsi istiqamətində işlərin aparılması haqda fikir mübadiləsi edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB