Martın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. ADU-nun Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qeyd edib ki, bugünkü tədbir silsilə tədbirlərin birincisidir. Müstəqilliyin bərpasının tarixi hadisə olduğunu deyən Ə. Əliyev bu hadisədən keçən 20 il ərzində Azərbaycanda böyük nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov müstəqilliyin qazanılmasının asan, saxlanılmasının mürəkkəb proses olduğunu dedi. Azadlığın meydanlara axışan xalqın birliyi və iradəsi hesabına qazanıldığını xatırladan kafedra müdiri bu gün də müstəqilliyimizi istəməyən qüvvələrin fəaliyyət göstərdiklərini və onların qərəzli fikirlər yaydığını bildirib.
Öz çıxışında Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov deyib ki, keçirilən tədbirin əsas məqsədi ilk növbədə dövlətçilik haqqında fikirləri formalaşdırmaqdır.
Tədbirdə digər çıxış edənlər – Azərbaycan tarixi kafedrasının dosenti İslam Zeynalov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Qorxmaz Mustafayev, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, Fəlsəfə kafedrasının əməkdaşı, professor Məhəmməd Teymurlu da müstəqilliyimizin qazanılması yolunda qarşılaşdığımız çətinliklər haqqında danışıblar və onun daha da möhkəmlənməsi yolunda tələbələri aktiv fəaliyyət göstərməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB