Bakıda EMIDWORLD’25 beynəlxalq görüşü keçirilir - YENİLƏNİR/FOTOLAR

Kilis 7 Aralık Universitetinin təşkilatçılığı ilə Elm, iqtisadiyyat və mədəniyyətin kəsişdiyi beynəlxalq görüşlərdən biri olan EMIDWORLD’25 keçirilir. SİA xəbər verir ki, tədbir 13–15 noyabr tarixlərinə kimi davam edəcək.

Konqresdə 7 qitədən 33 ölkənin nümayəndələri iştirak edir. Dünyanın müxtəlif regionlarından gələn iştirakçılar arasında “elm və əməkdaşlıq körpüsü” qurulur. Ümumilikdə 348 iştirakçı və 278 elmi məruzə iqtisadiyyat, idarəetmə, maliyyə, təhsil və sosial elmlər sahəsində gələcəyə dair fikir və təcrübələrin paylaşılmasına imkan yaradır.

Açılış mərasimində müxtəlif ölkələrin universitet rektorları, millət vəkilləri, Azərbaycan-Türkiyə Səfirliyinin nümayəndələri, iş dünyasının öncül təmsilçiləri, türk dünyasından akademiklər və incəsənət sahəsindən dəyərli qonaqlar iştirak edirlər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə