“Dizayn bir tarixçədir və bu tarixçə sizdən bəhs edir” - Qalib Məmməd

“Azərbaycanlıların zehinlərini yeni partnyorlarımızla birgə yetişdiririk. Sentyabr ayında ADA universitetində layihə həyata keçirdik. Bir çox insan düşünür ki, biz bina tikirik. Lakin biz həyat və düşünmə tərzini inşa edirik. İnsanların öyrənməsi, partnyorlarla əlaqələrinin formalaşdırılmasını təmin edirik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd deyib.

O bildirib ki, inşa etdiyimiz binanın Bakıdan kənarda olmasının səbəbi ölkənin ən ucqar yerlərində belə düşüncə tərzini dəyişməkdir: “Buna görə də tikdiyimiz binalar Qazax və Abşerondadır. Çox sevindirci haldır ki, artıq ölkəmizdə dizayn və memarlıq məktəbini qururuq. Hər hansı dizayn bir tarixçədir və bu tarixçə sizdən bəhs edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə