Füzulidəki məktəblərdə sinif qalmaqalı: NƏ BAŞ VERİR? - QURUMDAN MƏSƏLƏYƏ AYDINLIQ GƏLDİ
Bir müddətdir ki, sosial şəbəkələrdə Füzuli rayonunda fəaliyyət göstərən bəzi məktəblərlə bağlı şikayətlər yer alır. Belə ki, rayonun Zobucuq qəsəbəsindəki məktəblərdə siniflər qeyri-qanuni şəkildə bağlanılır. Şikayətdə siniflərin bağlanmasının işçi heyətinin bir qisminin işini itirməsi ilə nəticələndiyi də qeyd olunub.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Füzuli rayonu Zobucuq qəsəbələrində 5 məktəb var. Füzuli rayonu 33 və Füzuli rayonu 27 nömrəli məktəbləri 2008-ci ildə tikilib və həmin məktəblərin otaq tipi eynidir. Tərəfimizdən araşdırılaraq 33 nömrəli və digər məktəblərdə böyük otaq olduğu halda digər siniflərin açılmasına yol verilməmişdir. Belə halların dövlət vəsaitinin səmərəsiz istifadəsi olduğu və digər siniflərin açılmasına razılıq verilmədiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə