Qarabağ Universitetinin tələbələri üçün təcrübə müddəti 1 il ola bilər

"Qarabağ Universitetinin tələbələrinin bakalavr pilləsində ən azı 1 il təcrübə proqramının keçməsini planlaşdırırıq". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, bununla bağlı müəllimlərə təklif etmək olar:

"Bizim istəyimiz odur ki, proqramın böyük bir hissəsi praktikadan ibarət olsun. Bu proqram gələckdə özünü doğruldacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə