"Bu qardaşlığın təməllərini ancaq təhsillə gücləndirə bilərik" - Türkiyə Maarif Vəqfinin sədri

"Bu qardaşlığın təməllərini ancaq təhsillə gücləndirə bilərik". SİA xəbər verir ki, bu sözləri Türkiyə Maarif Vəqfinin sədri prof.Birol Akgün deyib.

Onun sözlərinə görə, Türk və Azərbaycan qardaşlığı əbədidir: "Son Qarabağ müharibəsi bizi daha da yaxınlaşdırıb. Bizim işimiz təhsildir. Bundan sonrasını burdakı təhsil işçilərinə təhvil veririk. Hazırda 54 ölkədə məktəbimiz var. 193 ölkədə bu məktəbləri açmaq istəyirik. 54 min şagirdimiz var. Türkcənin daha yaxşı yayılması üçün bu məktəbləri açırıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə