CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 73,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,36 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə