Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır...

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır...

...SİA-nın əldə etdiyi məlumata görə, Reuters agentliyi Rusiya federal büdcəsinin layihə sənədlərinə istinadən xəbər verir ki, Rusiya 2027-ci ildə hərbi xərclərin kəskin artması fonunda sosial xidmətlər, təhsil və səhiyyə sahələrinə maliyyələşdirməni azaldacaq.

Gələn il müdafiə xərclərinin 17,1 trilyon rubla çatdırılması planlaşdırılır.

Bu, əvvəlcə planlaşdırılan 13,5 trilyon rubldan təxminən 27 faiz çoxdur və Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək səviyyədir.

Eyni zamanda, pensiyalar, müharibə veteranlarına ödənişlər və analıq müavinətləri daxil olmaqla sosial siyasətə xərclər ilkin planla müqayisədə 7 faiz azaldılacaq.

Təhsilə maliyyələşdirmə 6, səhiyyəyə isə 6,8 faiz azaldılacaq. "Milli İqtisadiyyat" büdcəsi çərçivəsində xərclərin də 7,4 faiz azaldılması planlaşdırılır.

Buraya yol və digər infrastruktur tikintisi, eləcə də kənd təsərrüfatına və müəyyən sənaye sahələrinə subsidiyalar daxildir.

Rusiyanın maliyyə vəziyyəti müharibə boyunca tədricən pisləşib. Artan xərcləri ödəmək üçün Moskva ehtiyatlardan istifadə etməyə, borclanmanı artırmağa və vergiləri artırmağa məcburdur.

Rusiya hökumətinin mövqeyinə dair hesabatda deyilir ki, "Ukrayna ilə müharibədə qələbə digər ehtiyaclardan üstündür".

Milli borcun ödənilməsi xərcləri büdcəyə əlavə yükə çevrilir. 2027-ci ildə onların ilkin planla müqayisədə 21,6 faiz artacağı və bütün büdcə xərclərinin təxminən 9,4 faizini təşkil edəcəyi gözlənilir.

2029-cu ilə qədər onların payı 10,6 faizə çata bilər. Eyni zamanda, yeni büdcədə vergi artımları və kommunal xidmət tariflərinin daha əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Reuters-in məlumatına görə, bu qərarlar hətta bəzi Kreml tərəfdarları arasında da narazılığa səbəb olub.

Agentlik müharibənin Rusiya iqtisadiyyatı üçün artan xərclərinə işarə edərək qeyd edir ki, “ümumi qeyri-hərbi xərclər azalır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə